Qəhvə baş ağrısını kəsir?

  • 2023.09.25 17:52
  • 1420 Baxış
Qəhvə baş ağrısını kəsir?
Bir çox insanlar başı ağrıyan kimi qəhvəyə qaçır, qəhvə dərmandan da yaxşı təsir edir deyir. Həkimlər bu mifə aydınlıq gətirib.

“Medicina” xəbər verir ki, həkim Yelena Aleksandrovna qəhvənin tərkibində olan kofeinin gərginlik baş ağrısı və miqrendə damar genişləndirdiyini bildirib. Bir çox başağrısı dərmanlarının tərkibində kofein var.


“Baş ağrısını azaltmaq üçün sizə 200 ml kofein lazımdır. Bunu qəhvə fincanına çevirsək, 60 ml qəhvə edir. Baş ağrısına qarşı gərək 2-4 fincan qəhvə içəsiz, bu isə orqanizmə zərərdir. Ona görə ən yaxşısı klassik ağrıkəsici ilə qəhvəni kombinə etməkdir. Parasetamol, aspirin və s.


Qəhvəyə çox alışmaq əksinə baş ağrısını tətikləyir, siz qəhvə içməyən gün baş ağrıyır, çünki kofein dozası alınmayıb.

Ayda 10 dəfəyə qədər baş ağrısı dərmanı içmək üçün xroniki baş ağrılarına səbəb olur. Bu həddi aşmaq olımaz.

Qəhvə diurezi artırır, bədəni susuzlaşdırır, qandan maqniy, kaliy və kalsiumu yuyur”.

Aygün Musayeva