Qəhvənin beyinə faydası sübut olundu - Buna görə için

  • 2022.05.28 15:53
  • 2681 Baxış
Qəhvənin beyinə faydası sübut olundu  - Buna görə için


Qəhvə beynin işinin effektivliyini artırır.

Qəhvənin təsirindən neyron əlaqələr, sistemlərin təşkili yaxşılaşır, nəticədə beynin koqnitiv funksiyası artır.

Bakupost.az xəbər verir ki, u qənaətə Cənubi Koreya alimləri gəlib.

Onlar 21 sağlam könüllü üzərində eksperiment aparıb.

Onlardan eksperimentə qədər çay, kofe, heç bir dərman qəbul etməmək tapşırılır.

Qəhvə içməzdən öncə onlar neyropsixoloji testlərdən keçirlər, eləcə də beyin ensefaloqramması olunur.
Qəhvə içdikdən sonra yenidən eyni müayinələr keçirilir.

Analizlər göstərib ki, qəhvə içdikdən sonra beynin neyron bağlarının funksiyası artıb.
İştirakçıların yaddaş və psixoloji testlərinin nəticələri yaxşılaşıb. Diqqət, düşüncə imkanları yüksəlib.

Bundan öncəki tədqiqatda qəhvənin hətta ürək xəstələrinə faydası sübut olunmuşdu.

Aygün Musayeva
BakuPost