Qərbi Nil Virusu canlar aldı

  • 2026.08.18 22:29
  • 93 Baxış
Qərbi Nil Virusu canlar aldı

Şimali Makedoniyada Qərbi Nil virusundan dörd nəfər ölüb.

Medicina.az xəbər verir ki, paytaxt Skopyedəki İctimai Səhiyyə Qurumunun Yoluxucu Xəstəliklər və Qızdırma Universitet Klinikasının direktoru Fadil Cana ölkədə Qərbi Nil virusu ilə bağlı mətbuata açıqlamalar verib.

Cana bildirib ki, Qərbi Nil virusundan indiyə qədər dörd nəfər ölüb və 5-i reanimasiyada olan 20 xəstə hələ də müalicə alır.

Cana həmçinin bildirib ki, ölkədə Qərbi Nil qızdırmasına yoluxan 15 xəstə sağalıb və klinikadan evə buraxılıb.

Bu arada, ölkədə Qərbi Nil virusundan ölənlərin yaşlarının 83, 76, 72 və 61 olduğu qeyd edilib.

Digər tərəfdən, 12 avqustda Skopyenin Kisela Voda, Qazi Baba, Aerodrom, Butel və İlinden bələdiyyələrində Qərbi Nil virusunun yayılması elan edildi.

Aygün
Medicina.az