Qeyri-müntəzəm cinsi əlaqənin qadınlara verdiyi fəsad

  • 2023.09.25 15:37
  • 2380 Baxış
Qeyri-müntəzəm cinsi əlaqənin qadınlara    verdiyi fəsad
London universitetinin alimləri qadın orqanizminə cinsi əlaqənin daha 2 təsirini araşdırıb.

“Medicina” xəbər verir ki, erkən menopauza və sonsuzluğun bir səbəbi də qeyri-müntəzəm və ya heç olmayan cinsi münasibətdir.


Müəlliflər 3000 qadının 1996-1997-ci illərdən başlayaraq 10 il ərzində cinsi və ginekoloji təhlilini aparıb.

Qadınların yarısında 45 yaşda erkən menopauza simptomları müşahidə edilirdi. Qadınların çoxu ailəli, yarısı müstəqil münasibətdə idi. İştirakçılar seksual həyatları barədə anket doldurub. Burda onların həftədə, ayda neçə dəfə cinsi münasibətdə olması, seksual istəyi, aktivliyi, hətta masturbasiyada olması qeyd olunub.

Eyni təhlil 10 sonra təkrarlanıb. Bu dövrdə artıq 50% qadında menopauza başlamışdı. Orta yaş 51-52 yaş idi.

Tədqiqat göstərib ki, əgər qadında intim əlaqə ayda 3 dəfədən az olubsa və ya heç olmayıbsa, onlarda erkən menopauza daha çox rast gəlinib.

Seksual həyatı normada olan qadınlarda həm ovulyasiya olub, həm menopauza daha gec yaşda başlayır.

Həftədə 1 dəfə seksual aktivlik olan qadınlarda erkən menopauza 28% az olub.

Eləcə də erkən menopauzaya siqaret, alkoqol, artıq çəki təsir edir.


Aygün Musayeva