Qəzzada İbn Sina xəstəsanasının 6 həkimi İsrail saxlayıb

  • 2023.11.20 12:37
  • 617 Baxış
Qəzzada İbn Sina xəstəsanasının 6 həkimi   İsrail saxlayıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fələstin ofisi İbn Sina Xəstəxanasından 6 tibb işçisinin saxlanıldığını bildirərək, tibb işçilərinə qarşı artan zorakılığa diqqət çəkib.



"Medicina" xəbər verir ki, İbn Sina Xəstəxanasından çıxan 6 səhiyyə işçisi bu gün axtarışa verilib və saxlanılıb. Bundan əlavə, 3 təcili yardım maşınında axtarış aparılıb. Oktyabrın 7-dən bəri təkcə Qərb Sahilində səhiyyə xidmətlərinə 170-dən çox hücum edilib".



ÜST tibb işçilərini və səhiyyə müəssisələrini qorumağa çağırış edib.

Aygün