Qırğızsayağı detoks: at südü ilə şəfa - Tolstoy və Çexovun müalicə metodu

  • 2022.08.23 16:17
  • 2589 Baxış
 Qırğızsayağı detoks: at südü ilə şəfa  -  Tolstoy və Çexovun müalicə metodu


Qırğızıstanda xüsusi kurort sanatoriyalarda qədim qırğız xalq təbabəti ilə əsasən dayça südü ilə müalicə aparılır.


"Medicina" xəbər verir ki, Qırğızıstanda qədimdən immuniteti möhkəmlətmək, orqanizmi şlaklardan təmizləmək, öskürək, bronxit, pnevmoniya və qanazlığını məhz bu içki ilə müalicə edərdilər

Qırğızıstan dağlarında sentyabrda kumısla mülaicə mövsümü başlayır.

Həmin sanatoriyalarda təmiz dağ havası, bitki otları əlavə olunmuş çaylar, at südü - müalicənin qarantıdır.

Dişi atlar gündə 3 stəkan süd verir. Adətən bu şəfalı içkini immunitet zəifliyi, həzm problemlərində içirlər.

Südü sağandan dərhal sonra isti-isti içmək lazımdır. Gündə 5 dəfə 10 gün müddətində içirlər.

Hər il belə müalicəvi prosedur insanı il ərzində sağlam saxlayır.


Bura dünyanın müxtəlif yerlərindən turistlər gəlir, 70 yaşlı insanlar deyir ki, südlə müalicəyə başlayandan heç xəstələnməyiblər.
Müalicənin 5-ci günü hiss edirsən ki, orqanizm necə təmizlənir.

Belə fermalarda bir gün qalmaq 25 dollara başa gəlir.

Kumıs haqqında eramızdan əvvəlki dövrlərə aid məlumatlar var. Herodot skiflərin sevimli içkisinin at südü olduğunu yazıb.

Qırğısıztanda isə ən qədim kımız hazırlama mənbəyi 5,5 min il əvvələ gedib çıxır.

Kumısterapiyanın əsasını ilk dəfə Nestor Postnikov 1858-ci ildə Samara yaxınlığında qoyub.

Dahi həkim at südünü 3 sözlə belə tərif etmişdi: qidalandırır, yeniləyir, möhkəmləndirir.

Maraqlıdır ki, onun ardıyca dahi rus yazışıları Tolstoy və Anton Çexov da kumisla müalicə alıblar.

At südü ilə müalicə Qırğızıstan və Qazaxıstanın ən gəlirli ekoturizm sahəsidir.

Aygün Musayeva