Qışda ən çox hansı ət yeyilməlidir? - Həkim açıqladı

  • 2023.12.20 15:21
  • 1618 Baxış
Qışda ən çox hansı ət yeyilməlidir?  -  Həkim açıqladı

Qış aylarında ən çox hansı ət yeyilməlidir: mal, toyuq, hinduşka?

“Medicina” xəbər verir ki, həkim Olqa Pomoyneçkaya bu ətin qaz əti olduğunu açıqlayıb.

“Qaz əsl qış quşudur, məhz qışda onun əti bütün dəyərli maddələri toplayır. Qaz çox təmiz heyvandır və hər şeyi yemir. Məsələn, ördək donuz kimidir, nə oldu yeyir.

Qazın tünd, qırmızı əti var, bu ətdə çoxlu dəmir, mioqlobin toplaşıb.

Qazın yağı da faydalıdır. Onda çox rahat yemək hazırlamaq olar, amma qızartma yox.

Əsas qazın filesi iri, ətli olsun. Dərisi və dərialtı hissə sarımtıl olmamalıdır.

Qaz sağlam olmalıdır.
Qaz ətini uşaqlar, hamilələr, yaşlılar yeyə bilər.
İkinci yerdə faydalılıqda hinduşka gəlir”.

Aygün