Qışda ofisdə işləmək bu orqanlara zərərlidir

  • 2023.12.27 15:04
  • 790 Baxış
Qışda ofisdə işləmək bu orqanlara  zərərlidir
Qışda ofis otaqlarında, biznes mərkəızində olan quru hava oksigen çatışmazlığına səbəb olur.


"Medicina" xəbər verir ki, terapevt Larisa Alekseyeva ofisdə işləyənlərdə qışda neqativ proseslərin baş verməsindən danışıb.

"Ümumi istilik sistemi ilə ofis qışda nə qədər xoş istilik versə də, əslində orda işləyənlərə zərərlidir.

Bu insanlar tez-tez xəstələnir, depressiv olur, baş ağrıları artır, yuxulayır və diqqətləri yayğın olur.

Səbəbini isə kompüter və yorğunluqda görürlər. Ofis otaqları qışda daha çox havalandırılmalı, nəmləndirici cihazlar qoyulmalı, bir otaqda çox adam yerləşdirməməli və işçilər 2-3 saatdan bir açıq havada 10 dəqiqə gəzməlidir".


Aygün