Qızdırma salan dərmanlar hepatitə gətirib çıxarar – Həkim

  • 2023.11.22 17:17
  • 932 Baxış
Qızdırma salan dərmanlar hepatitə gətirib çıxarar  – Həkim

Qızdırma 38 olan kimi onu təcili dərmanlarla 36-a salmaq qaraciyəri təhlükəyə atır.


“Medicina” xəbər verir ki, terapevt Yevgeniya Parşina qızdırmasalıcı dərmanların ağır fəsadından danışıb.


“Orqanizm killer hüceyrələrlə patogen virusları yandırmaq üçün daxili hərarəti qaldırır. Əgər o 38,5 qədər qalxıbsa, onu salmağa gərək yoxdur. Sadəcə ilıq su için.

Əgər hərarət 39 dərəcədirsə, dərmandan sonra 38-ə düşübsə, onu normaya salmaq üçün ikinci dərmanı içmək böyük səhvdir.

Bu zaman doza həddi aşılır və qaraciyər təhlükəyə atılır.

Hətta bu səbəbdən dərman hepatiti yarana bilər.

Özbaşına qızdırmasalıcı və ağrıkəsicilərin qəbulu orqanizmdə ağlagəlməz reaksiyalara səbəb olur.
Sonradan bunu düzəltmək daha çətindir”.


Aygün Musayeva