Qızdırma salan dərmanlar qaraciyərin “evini yıxır”

  • 2022.12.02 16:09
  • 4973 Baxış
Qızdırma salan dərmanlar qaraciyərin “evini yıxır”

Çoxlarının zərərsiz, ən yaxşı dərman hesab etdiyi qızdırmasalıcılar – Parasetamol, İbuprofen. Nimesil və s. müntəzəm istifadə etdikdə qaraciyərə ciddi zərər verə bilər.


“Medicina” xəbər verir ki, Tatyana Yermoxina qızdırmasalıcıların qaraciyərə toksiki təsirindən danışıb.

“Hətta xəstəlik zamanı gündə 2-3 dəfə parasetamol qəbulu qaraciyərə çox böyük dağıdıcı təsir edə bilər.

Parasetamol qəbulu zamanı düzgün dozaya ciddi əməl etmək lazımdır. Onun sutkalıq dozası gündə 2 qram olmalıdır.
Özbaşına aptekdən məsləhətlərlə həkimsiz alınıb içilən dərmanlar nə qədər yaxşı olsa da, sonradan vəziyyəti kəskinləşdirə, gizli prosesə səbəb ola bilər.

Aygün Musayeva