Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qızılca zamanı bu vitamin vacibdir- Pediatr

  • 2023.12.06 14:38
  • 4694 Baxış
Qızılca zamanı bu vitamin vacibdir - Pediatr

Araşdırmalar göstərib ki, qızılca zamanda orqanizmdə A vitamini kəskin düşür. Hiporetinemiya, yəni qanda retinol səviyyəsinin azalması baş verir. Hətta yaxşı qidalanan amma qızılca xəstəliyi keçirən uşaqda A vitamini kəskin enmiş olur, nəinki qızılca keçirməyən və pis qidalanan uşaqlarda.Əgər uşaqda vitamin A yetərli deyilsə və qızılca səbəbilə də bu depo bir az da azalırsa, ağırlaşmalar riski artır. Çünki bildiyimiz kimi, A vitamini epitelial örtüklərin tamlığını qoruyur. Qızılcada isə bu örtüklər zədələnir.


"Medicina" xəbər verir ki, pediatr Aytən İsmayılzadə qızılca zamanı yüksəkdozalı A vitamininin vacibliyini açıqlayıb.

"Dəridə gördüyünüz səpkilərdən hər yerdə olur, gözdə, daxili orqanlarda və s. Yəni virus təsiri ilə baryerlər zədələnir, sətəlcəm inkişaf edir, beyin toxuması da prosesə qoşula bilir.

Vitamin A da çatmazsa, bu hadisənin daha pis şəkildə baş vermə ehtimalı var. Ümumdünya Səhiyyə təşkilatı xüsusilə vitamin A azlığı yaşanan regionlarda onun yüksək dozada verilməsini təklif etdi.

Qızılca zamanı Vitamin A yüksək dozada birdefelik olaraq verilir. Birdəfəlik yəni bir gün, bircə dəfə...
Günlərlə verilmir.

6 aydan kiçik uşaqlara 50000 BV

6-12 ay 100 000 BV

Bir yaşdan yuxarı 200 000 BV



Vitamin A yüksək dozada uzun muddət istifadə edilməməlidir. Onun da toksiki təsiri ola bilər
Vitamin A qızılcanı önləmək üçün deyil. Önləmək üçün ancaq peyvənd lazımdır".

Aygün Musayeva