Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qlobal isinmə ölümcül göbələk xəstəliyini yaya bilər - Araşdırma

  • 2025.05.07 10:36
  • 164 Baxış
Qlobal isinmə ölümcül göbələk xəstəliyini yaya bilər -  Araşdırma

Alimlərin yeni araşdırmasına görə, isti bölgələrdə yayılmış ölümcül göbələk xəstəliyi qlobal istiləşmə nəticəsində yayıla bilər.

Medicina.az xəbər verir ki, alimlər daha bir yeni araşdırma aparıblar.

Mançester Universitetinin alimlərinin apardığı yeni araşdırmaya görə, Aspergillus fumigatus növündən olan ölümcül göbələk infeksiyaları insanlarda ağır tənəffüs xəstəliklərinə səbəb ola bilər.

Mütəxəssislər bu növün Afrika və Cənubi Amerikadan şimala Avropa və Asiyaya yayılacağını proqnozlaşdırırlar.

Tədqiqat həmçinin qeyd edib ki, yayılma dərəcəsi qalıq yanacaq istifadəsi və istixana qazı emissiyalarından asılıdır.



Tədqiqatın aparıcı müəllifi, Mançester Universitetindən Norman van Rhijn, göbələklərin müalicəsinin "son dərəcə çətin" olduğunu vurğulayıb və lazımi ehtiyat tədbirlərinin görülməsinə çağırıb.

Hesablamalara görə, qlobal istiləşmə səbəbindən bu cür göbələklərin yayılma sahəsi 2100-cü ilə qədər 77 faiz arta bilər.

Bunun təkcə Avropa qitəsində doqquz milyona yaxın insanın sağlamlığına təhlükə yaradacağı bildirilib və xüsusilə xroniki ağciyər xəstəlikləri və immun sistemi zəif olanlar üçün ehtiyatlı olmağa çağırılıb.

Aygün