Qonşu ölkədə koronavirusa yoluxmada artım

  • 2026.02.10 10:45
  • 226 Baxış
Qonşu ölkədə koronavirusa yoluxmada  artım

Rusiyada COVID-19-a yoluxma halları fevral ayının ilk həftəsində 10,9% artıb.

Medicina.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.

"2026-cı ilin altıncı həftəsinin nəticələrinə görə, Rusiyada 6000 COVID-19 hadisəsi qeydə alınıb ki, bu da əvvəlki həftə ilə müqayisədə 10,9% çoxdur", - deyə nazirliyin məlumatında qeyd olunub.