Qoxubilmənin itməsi – koronavirusun gizli əlaməti

  • 2020.06.08 20:24
  • 3448 Baxış
Qoxubilmənin itməsi – koronavirusun gizli əlaməti


Artıq çox hallarda qoxubilmənin itməsi koronavirusun yeganə açıq simptomu hesab edilir. Bu hətta xəstəliyi simptomsuz, yüngül keçirənlərdə də baş verir.

Medicina.az xəbər verir ki, qoxuları duymamaq – anosmiya adlanır və 40% hallarda virus yoluxmasını göstərir.
Britaniya otolarinqoloji birliyinin professoru Kler Hopkins koronavirusun bu əlamətinin testdən də dəqiq göstərici olduğunu qəbul etməyi tövsiyə edir.

Xəstələrin 3-də birində xəstəlik bu simptomla başlayır. Daha sonra qidaların dadını hiss etmə azalır, itir.
Koreya, Fransa, İtaliya, Almaniya həkimləri də bu barədə məlumat verib.

Gənc yaşlı xəstələr bu əlamətə fikir vermir, digər qızdırma, öskürək kimi əlamətləri gözləyir, bu ərəfədə aktiv işinə, ünsiyyətinə davam edib, digərlərini yoluxdurur.

Ona görə bu birinci simptomu dərhal nəzərə almaq lazımdır. Xəstələr də dadbilmə və qoxubilməni itirən gündən təcili yardıma məlumat verməli, test olunmalı və özünü təcrid etməlidir.