Qrip kovidi geridə qoyur: Moskvada xəstəxanalar dolur

  • 2022.12.23 16:11
  • 1576 Baxış
Qrip kovidi geridə qoyur:  Moskvada xəstəxanalar dolur

Rusiyanın iri şəhərlərində qrip səbəbindən poliklinika və xəstəxanalara üz tutanlar artır, yerlər dolub. Vəziyyətdən hətta koviddəkindən də ağırdır.


Bakupost.az xəbər verir ki, Rospotrebnadzor paytaxt sakinlərinə maska taxmağı israrla tövsiyə edir.

Eləcə də xəstələnənlərə evdə qalmağa çağırış edib.

“Kəskin respirator və qrip viruslarına yoluxmanın pik həddinə çatdığı üçün ictimai yerlərdə maska taxmaq vacibdir.
Sosial distansiyaya əməl edin. Əllərinizi antiseptiklə sterilizə edin. Xəstələnən işçinin kollektivin içərisinə buraxılmasına yol verməyin. Qripə yoluxduqda ilk gündən həkimə müraciət edin, özünü müalicə ilə məşğul olmayın”.

Hazırda tibb müəssisələri kovid dövründəkindən də artıq xəstə ilə yüklənib.

Moskva meri bildirib ki, Omikronun pik həddində poliklinikalara sutkada 45 min insan müraciət edirdi. Hazırda isə bu rəqəm 60 mini keçib.