Qulaqda fit, uğultu və digər səslərin eşidilməsi milyonlarla insanın gündəlik həyatına təsir edir. Fransanın Səhiyyə üzrə Ali Qurumu (HAS) bu problemlə bağlı ilk rəsmi tövsiyələrini yayımlayıb.
Medicina.az xəbər verir ki, qulaqda küy 6 aydan çox davam etdikdə xroniki hesab olunur. Problem yuxuya, diqqətə və həyat keyfiyyətinə ciddi təsir göstərə bilər.
Yeni tövsiyələrə əsasən, diaqnostika mərhələsində xəstənin vəziyyəti ətraflı qiymətləndirilməli, eşitmə yoxlanılmalı və lazım gəldikdə xüsusi sorğulardan istifadə edilməlidir.
Mütəxəssislər müalicədə koqnitiv-davranış terapiyasına xüsusi əhəmiyyət verirlər. Eşitmə zəifliyi olan insanlarda eşitmə cihazlarından da istifadə edilə bilər.
Qulaqda küy qəfil eşitmə itkisi, nevroloji əlamətlər və ya nəbzlə eyni ritmdə səslənmə ilə müşayiət olunursa, təcili tibbi qiymətləndirmə tələb olunur.
Xanım,
Medicina.az