Son səfərimiz Laçına oldu. Rasim Balayev pessimist idi, əhvalı yox idi. Tədbirə bizi çağırdılar, getmək istəmirdi. Ayağında problem var idi, dedim ki, qolundan tutacağam. Təyyarə ilə 40 dəqiqəyə gedirik. Onu apardım, Laçına ayaq qoyan kimi başqa adama çevrildi. 70-80-ci illərdə olduğu kimi cavan, üzü gülən, yeyib-içən, zarafat edən birinə çevrildi. Amma təəssüf ki, gələndən sonra başqa səfərə çıxdı.
Medicina.az xəbər verir ki, bu sözləri şair Baba Vəziroğlu deyib.
"Həkimlər telefon işlətməyi qoymurdular. Oğulları ilə danışırdım. Dərmanlardan, yeməkdən imtina etmişdi. Biz onu aldadırdıq, amma sən demə, xəstəliyini bilirmiş. Deyirdi ki, nə mənası var? Yaşamaq həvəsi onda sönmüşdü. Səbəbi onkoloji xəstə olduğunu bilməsi idi".
Medicina.az