Türkiyəli sosial media fenomeni Danla Biliç bədənindəki dolğuları çıxartdığını deyib.
Medicina.az xəbər verir ki, Danla Biliç son görünüşü ilə izləyiciləri arasında müzakirə mövzusuna çevrilib.
Xeyli arıqladığı görünən Danla Biliçin illər əvvəl mədə əməliyyatı keçirdiyi məlumdur.
Daha da arıqlayan məşhur bu mövzu ilə bağlı açıqlama verib.
Sosial media hesabında güzgüdən paylaşdığı selfini minlərlə insan tərəfindən bir-birinə göndərildiyini və mesaj qutusunun dolu olduğunu deyən Biliç ilk dəfə arıqlamasının səbəbini bölüşüb:
"2000 insan mənim bu hekayəmi bir-biri ilə bölüşüb, mesajlar yazıblar. Bədənimdən dolğular çıxarılarkən təəssüf ki, həm əzələ, həm də toxuma itirdiyim üçün arıqlamışam. Döşlərimdəki 450 kub santimetrlik implantları çıxartdırdım. İdman etməyə başladım. Arıqlama iynələrindən istifadə etmirəm. Sonuncu dəfə 2025-ci ilin yayında istifadə etmişəm. Bundan artıq arıqlamaq istəmirəm".
Aygün
Medicina.az