Dəmir çatışmazlığı qəribə simptomlarla özünü göstərə bilər.
Dəmir, müxtəlif zülalların bədənə oksigen çatdırmasına kömək etdiyi üçün pəhrizdəki ən vacib qida maddələrindən biridir.
Medicina.az xəbər verir ki, əsl dəmir çatışmazlığı üç mərhələdən ibarətdir ki, bunlardan ən ağırı dəmir çatışmazlığı anemiyasıdır .
Anemiya qırmızı qan hüceyrələrinin sayının azalması ilə xarakterizə olunur ki, bu da adətən yorğunluq, başgicəllənmə, solğun dəri və nəfəs darlığı kimi simptomlara səbəb olur.
Dəmir çatışmazlığının bu ümumi simptomlarına əlavə olaraq, qəribə görünən simptomlar da müşahidə edilə bilər. Bu xəstənin yeyilməyən vasitələri yemək istəməsidir.
Ağır dəmir çatışmazlığı olan insanlar tez-tez gil, boya, karton və hətta məişət təmizləyici vasitələr üçün qəribə qida istəkləri yaşayırlar.
Ağır dəmir çatışmazlığının bədəndə əlamətləri:
Koilonyxiya. Bu, dırnaqların vəziyyətində bir dəyişiklikdir və onlar batıq görünüş alır.
Xeilit. Bu halda, dodaqların küncləri ağrılı şəkildə çatlayır ki, bu da yemək yeməyə, gülümsəməyə və qışqırmağa mane ola bilər. Xeilit dəmir çatışmazlığından qaynaqlandıqda, kremlər və ya məlhəmlər təsirsizdir.
Narahat ayaqlar sindromu. Həkimlər hələ də yatarkən ayaqları hərəkət etdirmək ehtiyacının artması ilə xarakterizə olunan bu qəribə vəziyyətin nədən qaynaqlandığını dəqiq deyə bilmirlər. Lakin bu, həm də dəmir çatışmazlığının simptomu ola bilər.
"Dəmir çatışmazlığı anemiyası olan insanlar arasında narahat ayaqlar sindromunun yayılması normaldan doqquz dəfə yüksəkdir."
Digər simptomlar arasında artan quruluq və ağızda yanma hissi ola bilər. Dəmir çatışmazlığının digər incə əlaməti atrofik qlossitdir və dilin ağrılı şişməsi ilə xarakterizə olunur və çeynəməkdə, udmaqda və ya danışmaqda çətinlik yaradır.
Buza həvəs. Mövcud məlumatlara görə, bu, ağır dəmir çatışmazlığının ən çox yayılmış simptomlarından biridir. Bu qəribə buz parçalarını çeynəmək və ya sormaq istəyinin səbəbləri elm adamları üçün aydın deyil.
Aygün Musayeva