ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC), dünya miqyasında denge qızdırması hallarının artması ilə bağlı xəbərdarlığ edərək, evə qayıdan amerikalıların testlərinin daha çox müsbət nəticə verdiyini açıqlayıb.
Medicina.az xəbər verir ki, CDC-nin 23 mart tarixli sənədinə görə, agentlik "bu ölkələrdən qayıdan amerikalı səyahətçilər arasında gözləniləndən daha yüksək denge halları aşkar edib".
Yoluxmuş şəxslər Əfqanıstan, Banqladeş, Boliviya, Kolumbiya, Qayana, Maldiv adaları, Mali, Mavritaniya, Yeni Kaledoniya, Pakistan, Sudan və Vyetnama səyahət etmişdilər.
Bəzi səyahətçilər virusa ölkə daxilində, xüsusən də Puerto Riko və Virgin adalarında yoluxublar.
Aygün M