Alimlər yüksək zəkaya sahib olanların da yaxşı sağlamlığa sahib olduqlarını aşkar ediblər.
Medicina.az xəbər verir ki, Vyana Universitetinin tədqiqatçıları 50 yaşdan yuxarı 11.000 insanın idrak, fiziki və psixoloji sağlamlığının 13 illik müşahidələri zamanı əldə edilən məlumatları təhlil ediblər.
Avstriyalı tədqiqatçıların gəldiyi nəticə əvvəllər irəli sürülən bir fərziyyə ilə üst-üstə düşür:
"İnsanın IQ-sı nə qədər yüksəkdirsə, sağlamlığı bir o qədər yaxşıdır."
Eyni zamanda, elm adamları bu əlaqəni müəyyən edəcək heç bir davranış amili tapmayıblar. Tədqiqatın müəllifləri hesab edirlər ki, zəka və sağlamlıq arasındakı əlaqə genetik ola bilər:
"Eyni genlər həm sağlamlığa, həm də zəkaya təsir edə bilər."
Həkimlər zəka və ömür uzunluğu arasındakı əlaqəni müzakirə edirlər və əlavə araşdırmalara ehtiyac duyurlar.
Aygün Musayeva