Rayonlara gediş-gəliş bərpa olunurmu? - "Biz yolları açmaq ümidində idik"

  • 2020.06.03 20:03
  • 3791 Baxış
Rayonlara gediş-gəliş bərpa olunurmu?   - "Biz yolları açmaq ümidində idik"

“Biz bir həftə öncə rayonlararası gediş-gəlişi açmaq ümidində idik. Bu barədə danışırdıq”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

“Amma bu gün artıq yenidən qapanmadan danışırıq. İnsanlar xəstəxanalarda əziyyət çəkirlər. Xəstəxanalarımızda yerlər dolur.

Həkimlərimiz isti havada, xüsusi paltarda xidmət edir. Bütün bunlar qaydaların sərtləşdirilməsinə getməyə vadar etdi”, - sədr vurğulayıb.