Respublika Klinik Xəstəxanasının rəhbəri kimdir – Psixiatr, yoxsa travmatoloq-ortoped?

  • 2023.07.10 14:15
  • 6316 Baxış
Respublika Klinik Xəstəxanasının rəhbəri kimdir  – Psixiatr, yoxsa travmatoloq-ortoped?
2022-ci ildən Bakının ən əsas xəstəxanası olan Mirqasımov adına Respublika Klinik xəstəxanasına TƏBİB icraçı direktoru Vüqar Qurbanovun əmri ilə ortoped-travmatoloq Elviz Qasımov direktor təyin edilib.


Bundan öncə o, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru olub.


“Medicina” baş direktor barədə dosyeni təqdim edir.

Elviz Qasımov 5 nömrəli Kimya-Biologiya Təmayüllü Liseydə təhsil alıb.

1991-1992-ci illərdə Bakı Özəl Türk İnkişaf Assosiasiyasinda təhsilini davam etdirib.

1992– 1993-cü illərdə Türkiyənin Hacettepe Universitetinin Biologiya Bölümündə;

1993–2001-ci illərdə Hacettepe Universitetinin Tibb fakültəsində (İngilis sektoru) təhsil alıb.

2001-2002-ci illərdə Ankara Universiteti Tibb fakültəsinin Xəstəxanasının Psixiatriya kafedrasında Uzmanlıq təhsilini alıb.

2002-2007-ci illərdə Mərmərə Universiteti xəstəxanasının Ortopediya ve Travmatologiya Kafedrasında Tibbdə Uzmanlıq təhsilini alıb.



Azərbaycan Ortopediya və Travmatologiya Assosiasiyası, Amerika Ortopedik Akademiyası, Türk Ortopedi və Travmatoloji Elmi Dərnəyinin üzvüdür.

Elmi işlərini hamısı Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində yerləşən Marmara Universitetində müdafiə edib.

E.Qasımov əvvəllər Mərkəzi Klinikanın Ortopediya, Travmatologiya, İdman həkimliyi və fizioterapiya şöbəsinin müdiri, Bakı Sağlamlıq Mərkəzində isə Ortopediya və travmatologiya şöbəsində həkim kimi fəaliyyət göstərib.

2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Əməkdar həkim” fəxri adına layiq görülüb.

MEDİCİNA.AZ