Rusiya və Türkiyə koronavirus peyvəndini birgə hazırlayacaq

  • 2020.06.03 15:37
  • 1418 Baxış
Rusiya və Türkiyə koronavirus peyvəndini birgə hazırlayacaq

Rusiya və Türkiyə koronavirus peyvəndi üzərində birgə çalışacaqlar.

Medicina.az xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca rusiyalı həmkarı Mixail Muraşko ilə danışıqlardan sonra “Twitter” hesabında bildirib.


Kocanın sözlərinə görə, rusiyalı həkimlər Türkiyədə istifadə olunan COVID-19 müalicə metodunun effektivliyini qeyd edirlər.

Buna görə Rusiya və Türkiyə Səhiyyə Nazirliyi ilə əməkdaşlıq edən qurumlar artıq dərmanı birlikdə hazırlayacaqlar.

Rusların koronavirusa qarşı kütləvi peyvəndi payızda başlayacaq.