Rusiyada sakitləşdirici dərmanların satışı 30% artıb

  • 2022.10.05 15:05
  • 534 Baxış
Rusiyada sakitləşdirici dərmanların satışı    30% artıb


Hazırda Rusiyada ən çox tələbat olan dərmanlar valerian, korvalol, qlisin və Afobazoldur.

"Medicina" xəbər verir ki, statistika ötən illə müqayisədə analoji preparatlara 30% artımın olduğunu göstərir.

"Çek İndeks" göstərib ki, rusiyalılar hər ay sakitləşdiricilərə adambaşı 250-300 rubl xərcləyir.

Hər həftə bu preparatların satışı əvvəlki həftəyə nisbətən artır.

Ekspertlər bildirir ki, bu payız dalğası ilə əlaqədardır. Payızda insanlarda təşviş həyəcan artır.

Eləcə də son xəbərlər insanların sinir sisteminə neqativ təsir edib.

2022-ci ildən antidepressant satışı 60% artıb.

Aygün Musayeva