Rusiyada son sutkada 16 521 nəfər koronavirusa yoluxdu

  • 2020.10.24 11:54
  • 1972 Baxış
Rusiyada son sutkada 16 521 nəfər koronavirusa yoluxdu

Rusiyada son sutka ərzində daha 16 521 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Medicina.az xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 1 497 167 nəfərə çatıb.

Son sutka ərzində 296 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 25 821 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.