Qaraciyərin zəif funksiyası saç tökülməsinin səbəblərindən biri ola bilər.
“Medicina” xəbər verir ki, saç tökülməsinin mümkün səbəblərini sadalayan həkim İrina Yuzup qaraciyərin səbəb ola biləcəyini deyib.
Saç tökülməsinin və seyrəlməsinin ən çox yayılmış səbəbinin qida çatışmazlığıdır. Bu, öz növbəsində, insanın qida maddələrini kifayət qədər qəbul etməməsi və ya bədənin qidalardan lazımi miqdarda faydalı mikroelementləri mənimsəyə bilməməsi ilə izah edilə bilər.
İrina Yuzup qeyd etdi ki, bu pozğunluq tez-tez həzm funksiyasının zəifliyi ilə, xüsusən də qaraciyərlə əlaqələndirilir.
"Saç keyfiyyətinə qaraciyər və öd yollarının disfunksiyası təsir göstərir. Öd olmadan əksər qida maddələri yaxşı mənimsənilmir."
Bundan əlavə, həkim əlavə etdi ki, qida maddələrinin düzgün mənimsənilməməsi nəticəsində yaranan saç tökülməsi keçmiş infeksiyalardan qaynaqlana bilər. Buna nümunə olaraq COVID-dən sonrakı alopesiyanı göstərmək olar.
Müvəqqəti keçəllik də ağır stressin nəticəsi ola bilər.
Qaraciyər funksiyasının zəif olması saç tökülməsinin səbəblərindən biri ola bilər. Ona görə saçı tökülənlər qaraciyər və ödünü yoxlatsın.
Aygün Musayeva