Saçlarının vəziyyəti şəkər xəstəliyini göstərə bilər

  • 2026.05.30 16:27
  • 128 Baxış
Saçlarının vəziyyəti şəkər xəstəliyini     göstərə bilər



2-ci tip diabet saç follikullarının böyüməsini pozur, buna görə də qanda yüksək qlükoza səviyyəsi saçlarınızın vəziyyətinə görə müəyyən edilə bilər.

2-ci tip diabetin bəzi simptomları və ağırlaşmaları, məsələn, tez-tez sidiyə getmə və susuzluq, yorğunluq, çəki itkisi və bulanıq görmə yaxşı məlumdur.
Medicina.az xəbər verir ki, trixoloq Dr. Greg Vidanın sözlərinə görə, daha az tanınan bir simptom saçların seyrəlməsi və tökülməsidir.

"Diabetin saç follikullarının böyümə dövrünü pozaraq saç tökülməsinə səbəb ola biləcəyi bir neçə yol var.

Birincisi, artıq qan şəkəri qan damarlarına zərər verir, onların saç follikullarına kifayət qədər oksigen çatdırmasına mane olur ki, bu da saç böyümə dövrünü poza və dayandıra bilər. Saç follikulları böyümə mərhələsi əvəzinə tökülmə mərhələsinə keçir".

Diabetin saç tökülməsinə səbəb ola biləcəyi digər bir səbəb, insulin istehsalının qeyri-kafi olmasıdır. İnsulin, şəkəri qan damarlarınızdan ehtiyacı olan hüceyrələrə daşıyan bir hormondur.

"Bədəniniz kifayət qədər insulin istehsal etmirsə, şəkər saç follikullarına çatdırılmayacaq və buna görə də saç böyümür. Bunun əvəzinə, saç follikulları saç böyüməsi dövrünün istirahət mərhələsinə qayıdır və tökülür", - deyə həkim bildirib.

Diabetdə saç tökülməsinin qarşısını almağın ən yaxşı yolu qan şəkəri səviyyənizi nəzarətdə saxlamaqdır.


"Həm emosional, həm də fiziki stress saç tökülməsinin məlum bir səbəbidir, çünki o, saç follikullarının böyümə dövrünü pozan və istirahət və tökülmə mərhələlərini vaxtından əvvəl tetikləyən hormonal dalğalanmalara və balanssızlıqlara səbəb olur. Qan şəkəri səviyyələri nəzarət altına alındıqdan sonra saç yenidən böyüyəcək", - deyə ekspert əlavə etdi.

Diabet simptomları:

Güclü susuzluq və ağız quruluğu
Tez-tez sidiyə getmə
Enerji çatışmazlığı və həddindən artıq yorğunluq
Daimi aclıq
Bulanıq görmə
Sağalmayan sıyrıqlar
Qaşınma

Aygün Musayeva