Sağlam yaşamağın “Brilyant qaydası”

  • 2023.08.01 12:26
  • 2728 Baxış
Sağlam yaşamağın “Brilyant qaydası”

Sağlam yaşamağın 10 qızıl qaydası varsa, bir neçə brilyant qaydası da var.


“Medicina” xəbər verir ki, mütəxəssis Azər Rahil Mehdinin uzun yaşamaq üçün aşağıdakılara əməl etməyin vacib olduğunu bildirib.

“Ağciyər və beynin yaxın dostu oksigendir. Təmiz hava il boyu mütləqdir. Qapalı yerdə olduqda belə daimi pəncərənin açıq qalması vacibdir.


Zehni yorğunluq zamanı belə təmiz havaya çıxıb gəzmək lazımdır. Gündəlik 10 km sürətlə gəzmək, eyni zamanda düzgün qidalanmaq vacibdir.

Bir qidanı digər qida ilə qarışdırmaq olmaz. Düzgün qidalanma ömrü uzadır.

Havadan sonra ikinci yerdə vacib sudur. Gün ərzində kifayyət qədər su qəbul etməlisən. Su orqanizmdə az olduqda qan qatılaşır, baş ağrılarına, qəbzlik, köp, tromba meyillilik, infakt, insulta səbəb ola bilər.

Azərbaycanın zəngin mətbəxinə baxmayaraq, düzgün qidalanmırıq.

Məsələn, kartof qələvidir, əti isə yalnız turşu həzmə verir. Yəni ətin həzmi prosesində mədədə turşu olmalıdır.

Yeməyin əvvəlində içilən su mədə turşusunu yuyub aparır. Kartofla əti bərabər hazırlıyırıq. Yediymiz zaman kartof daha tez həzm olur. Mədə turşusu yuyulub gedir. Ət isə mədədə qalır. Həzmə getmir, düşür bağırsağa və orada bağırsaq daşı əmələ gəlir. Bir insanda 4 kq qədər bağırsaq daşı var.

Nəzərə alanda ki, bağırsaq insanın ən əsas orqanlarından hesab olunur. Düzgün qidalanmamaq bağırsağın işini pozur. Bu da müəyyən xəstəliklərin əmələ gəlməsinə səbəb olur”.

Günay Quluzadə