İçki qəbul edənlərə bu dərmanlar olmaz – Komaya düşə bilərsiz

  • 2019.08.19 16:32
  • 10756 Baxış
İçki qəbul edənlərə bu dərmanlar olmaz –  Komaya düşə bilərsiz
Çox zaman həkimlər xəstəyə dərman təyin edərkən, müalicə dövründə spirtli içkini yasaqlayır. Lakin xəstə bunu qulaqardına vurur və içki içdiyi gün dərmanlarını da qəbul edir.


Medicina.az xəbər verir ki, bəzi dərmanlarla alkoqolun təsiri beyni şişirdir, koma riskini artırır.

Bunlar antibiotiklər, ftorxinolon və aminoqlükozidlərdir.


Qəti olaraq, içki içdiyiniz gün antidepressant, sedativ preparatlar və yuxu dərmanları qəbul etmək olmaz. Belə qəbul orqanizmdə ağlagəlməz dəyişikliklər yarada bilər. 


İçki ilə birgə sakitləşdirici dərmanlar ürəkbulanma, qusma, başgicəllənmə, sinir pozulması, əsəbi oyanıqlıq yarada bilər. Çünki spirt dərmanın təsirini gücləndirir, dərman isə içkinin. 


Təzyiq dərmanları isə içkinin təsirindən xəstənin təzyiqini kəskin aşağı salıb, ürəyin dayanmasına kimi səbəb ola bilər.

Ona görə kişilər spirtli içki və alkoqol qəbulundan uzaq dura bilmirsə, həkiminə bunu deməli və bu dərmanları qəbul etməməlidir.