Limon, zəncəfil və sarımsaq qanın detoksifikasiyasını təşviq edən qidalar arasındadır.
Medicina.az qanın durulaşması, toksinlərdən təmizlənməsi üçün nə etməli olduğunuzu araşdırıb.
C vitamini ilə zəngin limonlar sərbəst radikallarla mübarizə aparmaq üçün yaxşıdır. Bundan əlavə, onlar qələvi və ya turşu balansına malikdir və bədənin pH balansını bərpa etməyə kömək edir ki, bu da öz növbəsində immunitet sistemini gücləndirir.
Zəncəfil qanı toksinlərdən təmizləməyə və zəifləmiş immunitet sisteminin qarşısını almağa kömək edən çoxlu miqdarda antioksidan ehtiva edir.
Sarımsaq- Antiviral, antibakterial və antibiotik xüsusiyyətlərinə malikdir və həmçinin bədənin infeksiyaya qarşı müdafiəsi olan ağ qan hüceyrələrinin istehsalını stimullaşdıran bir maddə olan allisin ehtiva edir. Maksimum fayda üçün sarımsaq ən yaxşı şəkildə çiy və əzilmiş şəkildə istehlak edilir.
Ənginar - antioksidantlar və liflə zəngindir, yağlı qidaların həzminə kömək edir və qanın detoksifikasiyası ilə ayrılmaz şəkildə əlaqəli olan qaraciyər funksiyasını yaxşılaşdırır.
Çuğundur- Bu kök tərəvəzi yemək, tərkibindəki betain sayəsində qaraciyər funksiyasına da müsbət təsir göstərir. Çuğundur həmçinin maqnezium, dəmir və C vitamini ilə zəngindir.
Yaşıl çay -Detoksikasiyanı effektiv şəkildə təşviq edir.
Kələm - Bir çox digər xaççiçəkli tərəvəzlər (məsələn, brokoli və gül kələmi) kimi potensial zərərli maddələrin xaric edilməsini stimullaşdıran bir birləşmə olan sulforafan ehtiva edir. Həmçinin qaraciyər funksiyasını dəstəkləyən antioksidant olan qlutation ehtiva edir.
Qreyfrut, ananas və portağal detoksifikasiya üçün xüsusilə yaxşıdır - tərkibində çoxlu lif, vitamin, mineral və həzmi stimullaşdıran antioksidantlar var.
Qəhvəyi düyü. Food News portalına görə, tərkibində yoğun bağırsağın düzgün işləməsində mühüm rol oynayan lif çoxdur və qaraciyərə müsbət təsir göstərən seleniumla da zəngindir.
Aygün Musayeva