Burun tüklərini qoparmaqla onları yox etməyə cəhd ölümcül bir xəstəliyin inkişafına səbəb ola bilər.
Medicina.az xəbər verir ki. bu barədə otolarinqoloq Vladimir Zaytsev bildirib.
Həkim müsahibəsində burun tüklərini qoparmaq vərdişinin potensial ölümcül sağlamlıq riski yaratdığı barədə xəbərdarlıq edib. Bu, iltihablana bilən, infeksiyaya səbəb ola bilən və beyinə yayıla bilən dəri zədələnmələrinə səbəb ola bilər.
Belə bir vəziyyətdə mənfi simptomlar sürətlə pisləşə bilər və terminal mərhələ iki-üç gün ərzində baş verir.
"Sinus trombozu baş verə bilər, bu, son dərəcə ciddi vəziyyətdir", - deyə mütəxəssis bildirib.
Bu riskləri nəzərə alaraq, burun tüklərinin heç vaxt qoparılmamalı olduğunu vurğulayıb. Onlar kəsilməlidir, daha dəqiq desək, yalnız görünən ucları diqqətlə kəsilməlidir. Tükün kökü qalmalıdır.
Aygün Musayeva