Səhər güzgüyə baxanda üzün və ya gözlərin şiş görünməsi, ödem təkcə yorğunluqla bağlı olmaya bilər. Bəzən bu, sadə maye yığılması olsa da, bəzi hallarda bədənin gizli siqnallarından biri olur.
Xüsusilə tez-tez təkrarlanan şişkinlik bədəndə su balansı, hormonlar, allergiya və ya daxili sistemlərlə bağlı problemləri göstərə bilər.
Medicina.az üzdə, gözdə şişkinliyin görünən və gizlin səbəblərini təqdim edir:
1. Duz çox qəbulu və gecə yeməkləri
Axşam:
duzlu yeməklər,
fast food,
kolbasa,
pendir,
gec saatda yemək
bədəndə su tutulmasını artırır.
Nəticədə səhər:
gözaltı şiş,
üzdə ağırlıq,
barmaqlarda ödem hissi yarana bilər.
2. Yuxusuzluq və stress
Kortizol hormonu yüksəldikdə:
bədən su saxlayır,
qan dövranı dəyişir,
limfa sistemi yavaşlayır.
Bu da xüsusilə göz ətrafında şişkinlik yarada bilər.
3. Allergiya
Ən çox gizli səbəblərdən biridir.
Allergiya zamanı:
gözlər şişə,
qaşına, sulana bilər.
Bəzən insan allergiyası olduğunu anlamır.
Səbəb ola bilər:
toz,
kosmetika,
heyvan tükü,
bəzi qidalar,
çiçək tozu.
4. Böyrək problemləri
Səhər üz və göz şişkinliyi klassik böyrək siqnallarından biri ola bilər.
Xüsusilə:
səhər daha çox olursa,
gözaltı torbalanma varsa,
sidikdə dəyişiklik hiss edilirsə,
böyrəkləri yoxlamaq faydalı ola bilər.
5. Hormonal dəyişikliklər
Qadınlarda:
menstruasiya öncəsi,
menopauza dövründə,
hormonal balans pozulduqda
ödem və üz şişkinliyi arta bilər.
6. Limfa dövranının zəifləməsi
Hərəkətsizlik, az su içmək, uzun müddət oturmaq
limfa sistemini yavaşlada bilər.
Bu zaman:
üz “dolğun” görünür,
səhər şişkinlik artır.
7. Qan şəkərinin oynamağı
Şəkər və insulin balansındakı dəyişikliklər:
ödem,
iltihab,
üz şişkinliyi yarada bilər.
Xüsusilə:
şirin yeməkdən sonra, gecə yeməklərindən sonra şişkinlik artırsa, bu siqnal ola bilər.
8. Sinus və burun problemləri
Burun tutulması və sinus iltihabı:
göz ətrafında təzyiq,
şişkinlik,
ağırlıq hissi yarada bilər.
Gizli Səbəblər
Bəzən analizlər normal olsa belə:
xroniki stress,
yuxu pozuntusu,
gizli iltihab,
uzunmüddətli yorğunluq
bədəndə ödem yarada bilər.
Əgər şişkinlik:
birdən başlayıbsa,
nəfəs darlığı varsa,
bir tərəf daha çox şişibsə,
ağrı və qızartı varsa,
davamlı təkrarlanırsa, həkim müayinəsi vacibdir.
Aygün