Şizofreniyanın yaranması pişik parazitləri ilə əlaqəlidir - Toskoplasmoz beyinə təsir edirmiş

  • 2019.07.17 19:34
  • 6212 Baxış
Şizofreniyanın yaranması  pişik parazitləri ilə əlaqəlidir  -  Toskoplasmoz beyinə təsir edirmiş
Müəyyən olunub ki, şizofreniyadan əziyyət çəkən insanlarda tokskoplazmoz sağlam adamlardan 2 dəfə çoxdur. 


Toxoplasma gondii paraziti pişiklərdə olur. Uzun müddət pişik sahibləri üçün zərərsiz hesab olunurdu. Xəstəliyin kəskin fazası belə hamıda( təkcə embrion döldən başqa) qısa çəkir və ağır fəsadları olmurdu. 


Ona görə pişiklərin evdə istədilən qədər insanlarla birgə sıx təmasda yaşamasına mane olmaması düşünülürdü. 


Medicina.az xəbər verir ki,   son illərdə aparılan tədqiqatlar göstərib ki, hətta pişiksaxlayanda bu bakteriyaya qarşı immun cavab formalaşsa da, virus beyinə neqativ təsir edir və insanın davranışına təsir edir. 


Məsələn, Moskvada aparılan tədqiqat sübut edib ki, öz günahı üzündən yol qəzası törədən sürücülərin qanında toksoplazmoz digər sürücülərə nisbədən 2 dəfə çox aşkarlanıb. Eləcə də intihar edən və buna cəhd edənlərin də qanında bu bakteriya çox aşkarlanır.


Belə olan halda alimlər 2 qrup insan üzərində toksoplazmozun dəhşətli təsirlərini araşdırmaq fikrinə düşdülər. 155 nəfər şizofreniya diqnozu olan, 152 nəfər isə kontrol – bu xəstəliyi olmayan qrup ayrılır.


Onlarda latent toksoplazmozun olmasını təyin etmək üçün qan plazması müayinə olunur və toxoplazmasun 2 antiteli axtarılır. Əgər plazmada İgG antiteli çoxdursa, bu toskoplazmos latent xarakter daşıyır. Bu tədqiqatda bütün müayinə olunan şizofreniya qrupun 40%-də latent tip aşlarlandı. Sağlam qrupun isə 25%-də bu tip qeyd olundu. 

Moskva əhalisinin 90%-də bu tip toksoplazma tipinə rast gəlmə faizi təxminən belədir. 


Ona görə də şizofreniyanın yaranması və yayılmasında bu bakteriyanın və qanda bu antitellərin letal olmasının rolu böyükdür. Xüsusən qadınlarda bu daha güclüdür. Onlarda toksoplazmoz  41%-dir. 


Müəlliflər bildirir ki, belə tədqiqat hələ Sovet dövründə də keçirilmişdi, amma o vaxt rəqəmlər az idi: cəmi 13%. 

Bu onu göstərir ki, evdə pişik saxlayanların və eləcə də küçə pişikləri ilə təmasda olanların sayı artdığına görə toksoplazmoz şəhər əhalisi arasında durmadan artır. Bununla yanaşı əhali arasında psixi pozuntular, şizofreniya, intihara meyillilik də paralel yüksəlir. 


Bu gün Rusiyada şizofreniya diaqnozu qoyulmuş xəstələrin sayı 450 min nəfəri keçib. 

Bu bakteriyanın beyin sinir hüceyrələrində uzun müddət yaşaması və ona təsir etməsi mümkündür.


Təəssüf ki, latent toksoplazmoz çətin müalicə olunur, ona qarşı effektiv dərman yoxdur. Amma gigiyena, qidalanma və pişiklərdən uzaq durmaqla bu xəstəliyə yoluxma şansını azaltmaq olar.