Şampanla digər içkiləri qarışdırmaq olmaz – Təhlükə

  • 2023.12.04 17:33
  • 1031 Baxış
Şampanla digər içkiləri qarışdırmaq olmaz  – Təhlükə

Yeni il ərəfəsi ən çox içilən içkilərdən biri də şampan şərabıdır. Çox zaman başqa içkilərdən sonra Yeni il zəngi səslənəndə şampan içilir.

“Medicina” xəbər verir ki, həkim Aleksandr Umnov şampanın digər alkoqollarla qarışdırılmasının fəsadından danışıb.


“Bu daxili orqanlara zərərlidir. Əgər ürək, qaraciyər, mədəaltı vəzin hüceyrələrinin bir hissəsini itirmək istəyirsizsə, o zaman şampanla başqa içkiləri için.


Alkoqol içkilərin konsentrasiyası qanda artanda orqanların toxumaları intoksikasiyadan əziyyət çəkir, orqanizm cavab reaksiyası kimi iltihab prosesini oyadır.


Şampanda olan spirt qana çox tez sovrulur. Acqarına şampan mədə turşuluğunu, şirə ifrazını daha da artırır, eləcə də şampan qanda şəkəri artırır, mədəaltı vəzi yükləyir, insulin dirənci olanlara bu içki olmaz”.


Aygün