Şəkərsiz saqqız, pastil və bəzi diş məcunlarında istifadə olunan ksilitol adlı dadlandırıcı ilə bağlı yeni araşdırma narahatlıq yaradıb.
Medicina.az xəbər verir ki, Berlin Charité Universitet Xəstəxanasının alimləri 17 710 böyüyün məlumatlarını araşdırıblar.
Nəticələr qanda ksilitol səviyyəsi yüksək olan insanlarda infarkt, insult və ürək-damar xəstəliklərindən ölüm riskinin daha yüksək olduğunu göstərib. Kanada qrupunda risk 57 faiz çox olub.
Tədqiqatçılar hesab edirlər ki, ksilitol trombositlərin bir-birinə yapışmasını və laxtaların yaranmasını artıra bilər. Lakin mütəxəssislər bunun hələ sübut olunmuş səbəb-nəticə əlaqəsi olmadığını vurğulayırlar.
Araşdırma müşahidə xarakterlidir və ksilitolun birbaşa infarkt və ya insulta səbəb olduğunu göstərmir. Buna görə mütəxəssislər şəkərsiz saqqızdan istifadəni dərhal dayandırmağa əsas olmadığını, mövzu ilə bağlı əlavə araşdırmalara ehtiyac olduğunu bildirirlər.
Xanım,
Medicina.az