Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Savadı olmayan həkimlər televiziyalara üz tutur- Media eksperti

  • 2019.04.24 17:40
  • 23951 Baxış
Savadı olmayan həkimlər televiziyalara üz tutur-  Media eksperti

 "Televiziyalarımıza gənc adamlar çıxır və baxırsan ki, tibb elmləri doktoru adını alıb. 30 yaşlı biri nə vaxt həkim oldu və nə vaxt araşdırmalar apardı?!”


Medicina.az xəbər verir ki, bu sözləri "Sherg.az”a açıqlamasında tanınmış media eksperti Zeynal Məmmədli deyib.


Ekspert bildirib ki, televiziyalar tibbi verilişlər hazırlayırsa, bütün hallarda tamaşaçının inamını itirməmək üçün reklam məqamından qaçmalıdırlar:


"Ölkəmizdə özəl klinikaların sayı yağışdan sonrakı göbələklər kimi artır. Demirəm ki, buna ehtiyac yoxdur. Lakin savadı olmayan bəzi həkimlər özlərini reklam etmək üçün televiziyalara üz tuturlar. Televiziyalar isə özlərinə əlavə maddi gəlir əldə etmək üçün məmnuniyyətlə belə həkimlərə öz qapılarını açırlar. 


Ümumiyyətlə, bu gün kanallarda həkimlərin, müxtəlif dərmanların reklamı çox gedir. Belə reklamların qarşını almaq üçün çıxış yolları tapmaq lazımdır. Savadlı həkimlər ictimai rəydə fəal olmalıdırlar. Çünki peşəkar, təcrübəli, yaşlı həkimlər öz peşələrini ciddi qəbul edirlər. İndiki halda televiziyalarda tibbi verilişlərin qarşısını almaqda acizik”.


Z.Məmmədlinin fikrincə, televiziyalarda reklam bazarı şəffaf olarsa, tibbi verilişlərin qarşısını almaq mümkündür:


"Almaniyada həkim 40 yaşından sonra müstəqil fəaliyyətə başlayır. Əvvəlcə assistent kimi çalışır və müəyyən maaş alır. Amma bizim televiziyalara gənc adamlar çıxır və baxırsan ki, tibb elmləri doktoru adını alıb. 30 yaşlı biri nə vaxt həkim oldu və nə vaxt araşdırmalar apardı? Bütün bunlar çox ciddi və narahatedici simptomlardır. Bu durumdan narahat olan həkimlər cəmiyyətə mesajlarlarını çatdırmaq üçün müəyyən vasitələr düşünməlidirlər”.