Şaxtalı hava beyinə necə təsir edir? - ARAŞDIRMA

  • 23 Dek 2019 17:35
  • 1644 Baxış
Şaxtalı hava beyinə necə təsir edir? -   ARAŞDIRMA
Soyuq qış ayları gəldi. Soyuq havanın beynimizə necə təsir etdiyi, elm insanları arasında da müzakirə mövzusudur.

Medicina.az çox uzun müddət "Qış gəlmədi" deyə danışdıqdan sonra soyuqlar bir anda gəlməyə başladı. İqlimdəki dəyişmə, bizlərin də davranışlarına təsir edir. İnsanların, soyuq havanın bizə necə təsir etdiyinə dair fərqli fikirləri var. Belə görünür ki, insanlar kimi elm insanları da bu mövzuda fikir birliyinə çata bilmir.

Qışda, soyuğu biz hiss edir olsaq da beynimiz üçün bu istilik dəyişməsinin heç bir mənası yoxdur, çünki soyuğu əsla birbaşa hiss etmir. Bu mövzuyla əlaqədar olaraq nevroloq Klifford Segil belə danışıb:

"Gerçək beyniniz öz istilətmə sistemi olan təcrid bir kassanın içərisində dayanır, xizək mərkəzlərindəki yerdən istilətməli otaqlar kimi".

Həkim, sinir sistemimizin mərkəzi olan beynimizin qorumalı olduğunu söyləyir. Bundan əlavə, beynimizi soyuqdan qoruyan, beyin mayesi kimi başqa strukturlar da var. Həddindən artıq soyuqlardan qulaqlarımızda və burnumuzda soyuq yanığı olsa belə beynimizin istiliyi düşmür.

Beynimizin istiliyinin düşməməsi, soyuqdan təsirlənmədiyi mənasına gəlir? Bu mövzuda elm insanları arasında fərqli baxışlar mövcuddur. Bəzi araşdırmaçılar, hava vəziyyətinin beynimizin işiylə təsiri olmadığını düşünür. Bəziləri isə bu fikirə qarşı çıxır.

2016-cı ildə Proceedings of the National Academy of Sciences jurnalında nümayiş olunan bir məqalədə, 28 adamla kiçik bir araşdırma aparılıb və beyin fəaliyyətlərinin mövsümi olaraq dəyişdiyi aşkar edilmişdir. Bu araşdırmaya görə daha soyuq havalarda beynimiz diqqət tələb edən mövzularda zəifləyərkən, hərəkət ehtiva edən mövzularda daha yaxşı hala gəlir.

Beynimizin necə işlədiyi mövsümi olaraq dəyişiklik göstərmiş ola bilər, ancaq bu iş, düşünmə formamızda hər hansı istiqamətdə bir dəyişiklik olduğu mənasını vermir.

2014-cü ildə aparılan bir araşdırma, insanların ən yaxşı qabiliyyətini otaq istiliyində göstərdiyini müəyyən etdi.

Elm, soyuğun insanlara necə təsir etdiyi üzərində hələ bir fikir birliyi meydana gətirə bilmiş deyil. Bəzi insanlar soyuqda daha yaxşı işləyərkən bəziləri istini seçir. Beynimiz öz xüsusi saunasında qışı keçirərkən nələr yaşandığı isə bilinmir.