Şəhər havası kişilərdə sonsuzluq yaradır

  • 2023.10.14 21:27
  • 1452 Baxış
Şəhər havası kişilərdə sonsuzluq    yaradır

Böyük şəhərlərdə yaşayan kişilərdə spermin hərəkətliliyi azalmış, morfologiyası pozulmuş olur.

“Medicina” xəbər verir ki, Çinin bir neçə universitetinin alimlərinin yeni araşdırmasının nəticələrinə görə, şəhər havası kişi reproduktiv sistemi üçün zərərlidir.

Alinmlər 34 min sonsuzluqdan müalicə alan kişi və onların arvadlarının tibbi məlumatlarını təhlil ediblər.

Onların orta yaş həddi 34-36 idi və Şanxaya müxtəlif regionlardan müalicə üçün gəlmişdilər.

Alimlər onların sperm keyfiyyəti ilə yaşadıqları şəhərlərin hava çirklənməsini təhlil edib.

Məlum olub ki, atmosferində xırda toksiki hissəciklər, zavod və avtomobil qazları çox olan şəhərlərdə yaşayan kişilərin sperminin yarısı hərəkətliliyini itirmişdi.

Alimlər hesab edir ki, məhz bu toz və toksiki zərrəciklər orqanizmə, qana düşərək, zülal sintezi prosesini pozur, nəticədə kişilərdə normal cinsiyyət hüceyrələri formalaşmır və onlar sonsuzluqdan əziyyət çəkir.

Aygün Musayeva