Səhər tezdən oyananlara xəbərdarlıq

  • 2023.12.12 17:37
  • 1398 Baxış
Səhər tezdən oyananlara xəbərdarlıq

Səhər erkən yuxusuzluğu ciddi xəstəliklərdən qaynaqlana bilər.


“Medicina” xəbər verir ki, psixoloq Gelyana Şirikinova gecə saat 4-lə 6 arası oyanmanı erkən yuxusuzluq adlandırıb.


“Xroniki olaraq hər gün bu saat oyanmaq və sonra yuxuya getməyə cəhd etmək, insanda xroniki təşviş pozuntusu yaradır. Bu zaman insan konfliktli, qəzəbli olur, iş və həyat keyfiyyəti azalır, yaddaş, düşüncə, diqqət pozuntusu yaranır.


Bundan başqa səhər erkən oyanışları endokrin sistemdə pozulma ilə nəticələnir.

Bu da orqanizmin erkən qocalması, erkən menopauza, piylənmə və diabetə gətirib çıxarır.

Bu adamlarda istirahət hissi olmadığı üçün prolaktin, adrenalin, kortizol hormonları normadan artıq olur.


Bu zaman əzələ-sinir gərginliyi, damar spazmı, qan dövranı pozilması, beynin ac qalması baş verir.
Ona görə də səhər 4-lə 6 arası oyananlar mütləq həkim müayinəsindən keçməlidir”.



Aygün Musayeva

Səhər tezdən oyananlara xəbərdarlıq