Şəhərdə yaşayanlar əti az yesin - ALİMLƏR

  • 08 İyl 2022 17:34
  • 1083 Baxış
Şəhərdə yaşayanlar əti az yesin    - ALİMLƏR


Alimlər inkişaf etmiş ölkələrin iri şəhər və paytaxt sakinlərini ətlə qidalanma ilə bağlı xəbərdar edib.

Bakupost.az xəbər verir ki, bitki qidalanmasına keçid hər il 26 milyon erkən ölümün qarşısını alır.

Böyük Britaniyanın Edinburq universitetinin alimləri yeni elmi araşdırmalarının nəticəsini açıqlayıb.

Onların hesablamasına görə, sağlamlığı qorumaq üçün insan ət, balıq, toyuq, yumurta və süd məhsullarından heyvani zülalı sutkada cəmi 350 kalori almalıdır.

Qalan 1500 kalori bitki əsaslı qidalardan gəlməlidir. Gündə bir banan, alma və şirin bibər 750 kaloridir.

Tam taxıldan məhsullar 820 kalori verir.

Karfof, bitki yağı, qoz, çərəz, toxumlar və paxlalılardan 400 kalori alınır.

Zülalı daha çox balıq və toyuq filesindən mənimsəmək olar.

Şəhər əhalisi qida vərdişlərinə bir daha baxıb, piylənnə, diabet, ürək-damar xəstəliklərini azaltmaq üçün heyvani qidaları azaldıb, bitki qidalarını artırmalıdır.

Gündə, həftədə qırmızı ət istehlakını azaltmalıdır.

Belə olarsa, 2060-cı ilə kimi 26 milyon insanın erkən ölümünün qarşısını almaq olar.

Şəhər insanının sağlamlığına ən ciddi səbəb qırmızı ətdir.


Aygün Muisayeva