Şəhidin 30 il sonra bacısı dünyaya gəldi - FOTO

  • 2024.04.29 12:38
  • 428 Baxış
Şəhidin 30 il sonra bacısı dünyaya gəldi -  FOTO
Vətən müharibəsində şəhid olan Rəşad Mikayılzadənin bacısı dünyaya gəlib.

Medicina.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.


Bildirilib ki, şəhidin anası Nailə Mikayılovanın 30 ildən sonra yenidən övladı dünyaya gəlib.

Qeyd edək ki, şəhid Rəşad Mikayılzadə evin tək övladı olub. O, 30 sentyabr 1995-ci ildə Lerik rayonunda anadan olub. 9 noyabr 2020-ci ildə Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra "Döyüşdə fərqlənməyə görə", "Vətən uğrunda" və "Xocavəndin azad olunması uğrunda" medalları ilə təltif edilib.