Səhyyə Nazirliyindən hepatitə yoluxan uşaqlarla bağlı açıqlama

  • 2023.11.17 17:06
  • 1092 Baxış
Səhyyə Nazirliyindən hepatitə yoluxan uşaqlarla bağlı  açıqlama
Xəbər verdirimiz kimi, Mingəçevirdə uşaqlar arasında tək-tək hallarda Hepatit A xəstəliyi qeydə alınıb. Uşaqlar artıq Bakıda xəstrəxanaya yerləşdirilib.


"Medicina" xəbər verir ki, bununla əlaqədar, Səhiyyə Nazirliyi məlumat verib.

Şəhər GEM-i tərəfindən epidemioloji araşdırma aparılıb, xəstələrin hospitalizasiyası təmin edilib. Ocaqlarda dezinfeksiya tədbirləri həyata keçirilib.

İnfeksiya baş verən ərazidə su təchizatı və kanalizasiya sistemlərinin vəziyyəti yoxlanılıb, laborator müayinə üçün su nümunələri götürülüb.

Hepatit A virusuna yoluxma fekal-oral, çirklənmiş su və qida ilə, bəzən isə, məişət- təmas yolu ilə baş verir. Xəstəlikdən qorunmaq üçün əsasən şəxsi gigiyena qaydalarına riayət və keyfiyyətli içməli sudan istifadə edilməlidir”.