Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Şəkər xəstələrinə şad xəbər

  • 2023.11.02 14:24
  • 1734 Baxış
Şəkər xəstələrinə şad xəbər

Azərbaycanda şəkərli diabet xəstələrinin sayı üç dəfəyə yaxın artıb. 2010-cu ildə şəkərli diabetdən əziyyət çəkənlərin sayı 120 min olduğu halda, hazırda qeydiyyatda 320 mindən çox xəstə var.



"Medicina" xəbər verir ki, Xezerxeber.az-a danışan millət vəkili Rəşad Mahmudov bildirib ki, bu xəstəliyin müalicəsinə ciddi yanaşmaq lazımdır. Əks halda, ağır fəsadlara yol aça bilər.

Rəşad Mahmudov deyib ki, bəzi dərmanlarin şəkərli diabetdən əziyyət çəkən xəstələr üçün əlçatan olmaması bu sahədə effektiv nəticə əldə etməyi çətinləşdirir. Onun sözlərinə görə, gələcəkdə sözügedən xəstəlikdən əziyyət çəkən şəxslərə pulsuz verilən dərman vasitələrinin sayının çoxaldılması nəzərdə tutulur.