Alimlər 2-ci tip diabetlə mübarizə aparmaq üçün yeni bir yol tapdılar.
Medicina.az xəbər verir ki, Pittsburq Universiteti Tibb Məktəbinin tədqiqatçıları 2-ci tip diabetlə mübarizə aparmağa kömək edə biləcək gözlənilməz bir mexanizm kəşf etdilər.
Məlum oldu ki, yağ toxumasında "faydalı" immun hüceyrələrinin xüsusi bir populyasiyasının əsas rol oynadığı ortaya çıxdı.
İnsulin müqaviməti — bədənin hüceyrələrinin insulinə daha az reaksiya verdiyi bir vəziyyət hesab olunur. Artıq visseral yağın (daxili orqanları əhatə edən yağ) xroniki iltihaba səbəb olduğu çoxdan məlumdur. Lakin yeni məlumatlar göstərir ki, yağ toxumasında əksinə iltihabı yatıra bilən immun hüceyrələri var.
"Əhalinin üçdə biri artıq çəkili və ya piylidir. Növbəti illərdə piylənmə diabet də daxil olmaqla xroniki xəstəliklərin artmasının səbəbi olacaq", - tədqiqat rəhbəri, kardiologiya professoru Partha Datta qeyd edib. "Kəşfimiz insulin müqavimətini aradan qaldırmaq və 2-ci tip diabetin müalicəsi üçün açar ola bilər."
Bu hüceyrələrə rezident makrofaqlar — toxumada daimi yaşayan immun hüceyrələr deyilir.
İltihabi makrofaqlardan fərqli olaraq, onlar ölü hüceyrələri çıxarır, toxuma sağlamlığını qoruyur və həddindən artıq iltihabı yatırırlar.
Bu hüceyrələrin sağ qalması SerpinB2 zülalından asılıdır. Çox visserial yağ toplandıqda, iltihab artır və SerpinB2 səviyyəsi kəskin şəkildə aşağı düşür. Nəticədə, rezident makrofaqlar ölür, yağ toxuması artır və insulinə həssaslıq pisləşir ki, bu da diabetin inkişafına səbəb olur.
Piylənmə və insulin müqaviməti olan siçanlar üzərində aparılan təcrübələrdə alimlər antioksidant əlavələrdən istifadə ediblər. Bu, rezident makrofaqların səviyyəsini artırıb və insulin həssaslığını yaxşılaşdırıb.
Aygün Musayeva