Sidikdən kəskin qoxu gəlirsə.... – Səbəblər

  • 2023.05.01 13:32
  • 2206 Baxış
Sidikdən kəskin qoxu gəlirsə....  – Səbəblər
Sidikdən gələn qoxu əslində, bir neçə ciddi bir xəstəliyin siqnalı ola bilər. Sidik qoxusu sidik yollarının infeksiyaları, qaraciyər xəstəlikləri, diabetin kəskinləşməsindən yaranır.


“Medicina” xəbər verir ki, uroloq Vadim Başkatovun sözlərinə görə, qeyri-adi dərəcədə və ya uzun müddət davam edən xoşagəlməz sidik qoxusu, çox güman ki, insan üçün həyəcanverici bir əlamətdir.


Dehidrasiya. Həkimin sözlərinə görə, biz nə qədər çox su içsək, sidikdə ammiak konsentrasiyası bir o qədər az olur və bu da sidiyə özünəməxsus qoxu verir. Müvafiq olaraq, az su içməklə ammonyak tərkibi yüksək olacaq və daha güclü pis qoxuya səbəb olacaqdır.

Sidik yollarının infeksiyaları (SYİ). Bu, patogen bakteriyaların çoxalması kəskin qoxulu sidiyin ümumi səbəblərindən biridir. Həmçinin, infeksiya zamanı sidiye gedəndə göynəmə və yanma olur.

Maya infeksiyası. Sidiyin xoşagəlməz qoxusundan əlavə, cinsiyyət orqanlarında qaşınma, qızartı, şişkinlik, ağ axıntı da bunu göstərir.

Qaraciyər xəstəliyi. Pis qoxulu sidiyin təhlükəli səbəblərindən biri qaraciyərin zədələnməsidir ki, bu da ona şirin bir qoxu verir. Qaraciyərlə bağlı problemlərdən digər əlamətlər: artan yorğunluq və yuxululuq, dərinin və ya göz zülallarının sarılığı, səbəbsiz kilo itkisi, şişkinlik.

Böyrəklərdə daşlar. Qoxunun artması və sidiyin qaralması böyrək daşlarına görə ola bilər. Sidik kisəsində duzlar və digər minerallar bir-birinə yapışaraq sərt, daşa bənzər çöküntülər əmələ gətirir. Tez-tez sidiyə getmə, bel ağrısı da böyrək daşlarının əlamətləridir.

Diabet. Diabet pis qoxulu sidiyin təhlükəli səbəbi olduqda, sidiyə getmə daha tez-tez olur, bu, şəkərin sidik kisəsini qıcıqlandırmasının nəticəsidir. Sidik fermentləşdirilmiş meyvə kimi qoxuya malik ola bilər və ya fərqli bir şirin ətir ala bilər.

Məhz buna görə sidik qoxusunda kəskinləşmə zamanı həkimə müraciət etməli, müvafiq müayinədən keçməlisiniz.

Günay Quluzadə