"Sığınacaqda 40 uşaq qızılca oldu"- Kəmalə Ağazadə

  • 2023.12.06 14:41
  • 1386 Baxış
"Sığınacaqda 40 uşaq qızılca oldu" - Kəmalə Ağazadə


Azərbaycan Uşaqları İctimai Birliyinin Bakıda yerləşən sığınıcağında qalan 40 uşaq qızılcaya yoluxub.

Bakupost.az xəbər verir ki, bunu təşkilatın sədri Kəmalə Ağazadə deyib.

O qeyd edib ki, həmin uşaqlardan 20-si xəstəxanaya yerləşdirilib.

"Əksəriyyəti 5 yaşadək olan körpələrdir. Əməkdaşlarımızın 2 nəfəri hal hazırda xəstəxanadadır".