Siqaret çəkənlər üçün damarları təmizləyən qidalar

  • 2023.12.26 17:25
  • 2653 Baxış
Siqaret çəkənlər üçün damarları  təmizləyən qidalar

Siqaret, alkoqol və yağlı qidalardan insanın damarları daha tez tıxanır.


Medicina.az xəbər verir ki, həkimlər damarları nikotin qalığından təmizləmək üçün xüsusi qidaları rasiona daxil etməyi tövsiyə edir.

Bunlar təmiz zeytun yağı, yulaf sıyığı və suyu, kələm, brokkoli, nar suyu, sarıkök, sarımsaq, darçın və qaragilədir.


Gündə 1 çay qaşığı darçın və çay qaşığının ucunda təmiz sarıkök qandakı yağ miqdarını 26 faiz azaldır.

Aygün Musayeva