Siqaret cinsi zəifliyə yol açır - Androloq

  • 2026.08.14 22:20
  • 193 Baxış
Siqaret cinsi zəifliyə yol açır -  Androloq

"Siqaret təkcə ağciyərlərə deyil, kişi cinsi sağlamlığına da ciddi zərər verə bilər".

Medicina.az xəbər verir ki, bunu androloq Azər Mirzəyev bildirib.

Onun sözlərinə görə, bir çox kişi siqaretin ereksiya, testosteron və sperma keyfiyyətinə təsirini fərq etmir:

"Halbuki bu təsirlər illər ərzində səssiz şəkildə inkişaf edə bilər.

Siqaret:

Qan dövranını zəiflədir – Nikotin damarları daraldır, cinsiyyət orqanına gedən qan axını azalır.

Ereksiya probleminin riskini artırır – Siqaret çəkən kişilərdə erektil disfunksiya riski daha yüksəkdir.

Testosteron səviyyəsini azalda bilər – Uzunmüddətli siqaret istifadəsi hormonal tarazlığı poza bilər.

Sperma keyfiyyətini pisləşdirə bilər – Spermanın sayı, hərəkətliliyi və DNT keyfiyyəti mənfi təsirlənə bilər.

Siqareti tərgitmək yalnız ürəyinizi və ağciyərlərinizi deyil, cinsi sağlamlığınızı da qorumağa kömək edir.

Erektil problemlər, libido azalması və ya sonsuzluqla bağlı narahatlığınız varsa, gecikmədən androloq müayinəsindən keçin".


Aygün
Medicina.az