Şizofreniyanın səbəbi tapıldı

  • 2023.07.13 14:59
  • 1374 Baxış
Şizofreniyanın səbəbi tapıldı
Şizofreniyanın səbəbi bioloji ritmlərin pozulması ola bilər.

“Medicina” xəbər verir ki, oxşar fərziyyəni nevroloq Rassel Fosterin rəhbərlik etdiyi Oksford Universitetinin əməkdaşları irəli sürüb.


Həm siçanlarda, həm də insanlarda şizofreniya xəstəliyinin eyni gendə (SNAP25) mutasiya nəticəsində yaranmasına əsaslanaraq, tədqiqatçılar gəmiricilərdə bioloji ritmlərin pozulması ilə onlarda bu xəstəliyin baş verməsi arasında əlaqəni araşdırıblar.

Məlum olub ki, şizofreniya xəstəsi olan siçanlar sağlam qohumlarından az yatıblar. Bütün tədqiq edilmiş gəmiricilərdə gün yarıya bölündü: gündüz 12 saat oyaq qaldılar, sonrakı 12 saat yatdılar.


Alimlər qeyd ediblər ki, xəstə laboratoriya siçanları qaranlıq məkanda aktiv olmağa davam edir, sağlam olanlar isə həmin vaxt artıq yuxu görüblər.

Şizofreniyalı xəstələr beynin bioloji saatını digər orqanlarda yerləşən biosaatla sinxronlaşdırmırlar. Bu xəstəlik biometrlərin pozulması adlanır.

Kaliforniya Berkli Universitetinin alimi Lance Kriegsfeldin sözlərinə görə, digər ümumi xəstəliklər yuxunun pozulması ilə əlaqələndirilir. Bunlar piylənmə, 2-ci tip diabet və ürək-damar sistemi xəstəlikləridir. Maraqlıdır ki, bu diaqnozlar daha çox psixi pozğunluqdan (şizofreniya) əziyyət çəkən insanlarda qoyulur.

Günay Quliyeva